ABŞ Prezidenti Co Bayden Çinin dövlət başçısı Si Cinpin ilə görüşmək niyyətində olduğunu bildirib, lakin mümkün danışıqların tarixini açıqlamayıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Ağ Evdə jurnalistlər qarşısında çıxışı zamanı ABŞ dövlət başçısından yaxın vaxtlarda Çin lideri ilə görüşüb-görüşməyəcəyi soruşulub.
O isə cavabında “Yaxın vaxtlarda olub-olmayacağını bilmirəm, amma biz görüşəcəyik” söyləyib.
Bizim.Media