Paytaxtda iki nəfəri bıçaqlayan gənc qadın SAXLANILDI 

Paytaxtda iki nəfəri bıçaqlayan gənc qadın SAXLANILDI 

Hazırda oxunan: Paytaxtda iki nəfəri bıçaqlayan gənc qadın SAXLANILDI 

136400

Bakıda bıçaqlanma hadisəsi baş verib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, mayın 16-na keçən gecə Binəqədi rayonu ərazisində 1992-ci il təvəllüdlü Gülnarə Allahverdiyeva tanışı, 1988-ci il təvəllüdlü Amil Əşrəfovu bıçaqlayıb. Ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. 

Hadisəni törədən 31 yaşlı qadın saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb. 

İlkin araşdırmalar zamanı məlum olub ki, G.Allahverdiyeva daha əvvəl də oxşar hadisə törədib və həmin vaxt Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə məsuliyyətə cəlb edilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO