Gəncədə mənzildə Fətəli xan Xoyskinin qohumunun meyiti AŞKARLANDI 

Gəncədə mənzildə Fətəli xan Xoyskinin qohumunun meyiti AŞKARLANDI 

Hazırda oxunan: Gəncədə mənzildə Fətəli xan Xoyskinin qohumunun meyiti AŞKARLANDI 

136370

Gəncədə mənzildə Fətəli xan Xoyskinin qardaşı nəvəsinin meyiti aşkarlandı. ADR-in qurucularından olan Fətəli Xan Xoyskinin nəslini davam etdirən azsaylı şəxslərdən biri, 75 yaşlı Azad Xan Xoyski Cəfər oğlunun meyiti Gəncədə yaşadığı ünvanda tapılıb.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Əziz Əliyev prospektində yaşayan Azad Xan Xoyski uzun müddət xəbər olmayıb.  

Bu barədə FHN 112 xidmətinə məlumat verilib. Əraziyə nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri əməkdaşları cəlb olunub.
Xilasedicilər qapını açaraq mənzilə daxil olublar. Mənzildə 75 yaşlı Azad Xan Xoyski Cəfər oğlunun meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-müfafizə orqanların əməkdaşları cəlb olunub. Meyit aidiyyatı üzrə təhvil verilib. 

Qeyd edək ki, Xan Xoyski Azad Cəfər oğlu ADR-in qurucularından olan Fətəli Xan Xoyskinin qardaşı Əmiraslan xanın nəticəsidir. 

Xan Xoyski Azad Cəfər oğlu 1948-ci ildə Gəncə şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetin kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsini bitirib, daha sonra kənd sovxozunda və 2001-ci ilə qədər Kənd Təsərrüfatı Texnikumunda müəllim kimi çalışıb. İki övladı var idi. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO