Ermənistan müxalifətinin "Vətənin Qurtuluşu" hərəkatı bu gün yerli vaxtla saat 16:00-da İrəvanın mərkəzindəki Baqramyan prospektində növbəti etiraz aksiyası keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə hərəkatın koordinatoru İşxan Saqatelyan məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan “Ölümsüz Kaşşey” rolunda – Meydan tamaşaları onun ömrünü uzadır
Onun sözlərinə görə, Baqramyan prospekti mübarizə meydanı, ev və qorumalı olan səngərdir.
Saqatelyanın fikrincə, Ermənistanın siyasi gündəliyi burdan yönləndirilir.
Qeyd edək ki, Ermənistanda baş nazir Nikol Paşinyan və komandasının əleyhinə artıq bir neçə aydır aksiyalar keçirilir.
Bizim.Media