Türkiyədə son sutka ərzində 68 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə koronavirusdan daha 71 nəfər öldü - FOTO
O bildirib ki, 11 837 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 28 706, virusa yoluxanlar isə 2 723 316 nəfərə çatıb.
Türkiyədə indiyədək 2 586 073 pasiyent (son sutkada 7892 nəfər) sağalaraq evə buraxılıb.
Bizim.Media