Səhiyyə sahəsində növbəti tenderin də qalibi eyni şirkət oldu – FOTO 

Səhiyyə sahəsində növbəti tenderin də qalibi eyni şirkət oldu – FOTO 

Hazırda oxunan: Səhiyyə sahəsində növbəti tenderin də qalibi eyni şirkət oldu – FOTO 

135629

Naxçıvan MR Babək rayon Mərkəzi Xəstəxanası dərman preparatları, diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələr, ləvazimatlar və materiallar satın almaq üçün 335.292 manat xərcləməyi planlaşdırıb.

Bizim.Media xəbər verir ki, Mərkəzi Xəstəxana bu məqsədlə cari ilin martın 24-də elan etdiyi tenderin nəticələrini bu gün açıqlayıb. Tenderin qalibi “Solamedical” Məhdud Məsuliyyətli Cəmiyyəti elan olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

ANAMA beynəlxalq tədbirə gələn qonaqlar üçün 708 min manat xərcləyəcək – FOTO  


Tenderin şərtlərinə görə, şirkət mərkəzi xəstəxananı qısa müddət ərzində 250 adda dərmanlar, diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələr, ləvazimatlar və materiallara təmin etməlidir. 

Qeyd edək ki, nizamnamə kapitalı 200 manat olan və iş dünyasında tanınmayan Novruzova Şəhla Mustafa qızının adına sənədləşdirilən “Solamedical” MMC 2019-cu ilin noyabr ayında  İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Rəsmi olaraq Nərimanov rayonu M.Araz, ev 18 ünvanında qeydiyyatda olan şirkət yarandığı dövrdən Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta Agentliyinin elan etdiyi çoxmilyonlu tenderlərin tək qalibi olub. 

Belə ki, 2020-ci ilin ortalarından başlayaraq, şirkətə iri məbləğli tenderlər verilməyə başlayıb.

Həmin ilin uyun ayında Milli Onkologiya Mərkəzinin elan etdiyi tenderin qalibi olan “Solamedical” 5 milyon 800 min manatlıq müqaviləyə imza atıb. Bir ay əvvəl isə həmin şirkət Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin “Dərman preparatlarının və sarğı materiallarının satın alınması” məqsədilə keçirdiyi tenderi qazanıb.

Bu tenderin nəticəsində isə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin “Solamedical” MMC-yə 2 milyon 90 min manat ödəyib.

Beləliklə, bu MMC cəmi il yarıma dövlət qurumlarından üst-üstə 10 milon manata yaxın dəyəri olan tenderlər alıb.

Təkcə 2022-ci ilin avqustun 17-də İcbari Tibbi Sığorta Agentliyinin “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı” üzrə sərfiyyat mallarının satın alınması üzrə 292 576 manatlıq tenderini qazanıb.

Cəmi 1 ay sonra, yəni sentyabrın 19-da Akademik Zərifə Əliyeva adına Milli Aftolmologiya Mərkəzi tərəfindən elan olunan 501 min manatlıq tenderdə qalib olub. 

Maraqlıdır ki, yarandığı gündən milyonlarla manat dəyərində tenderlərin tək qalibi olan şirkət barədə internet resurslarında məlumat əldə etmək mümkün deyil. Hətta rəsmi internet saytı və sosial şəbəkə hesabları da yoxdur. 




Rövşən Ziya, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO