Tehranın ÇİRKİN PLANI – İran anklav kəndlərin Azərbaycana qaytarılmasına niyə qarşı çıxır?

Tehranın ÇİRKİN PLANI – İran anklav kəndlərin Azərbaycana qaytarılmasına niyə qarşı çıxır?

Hazırda oxunan: Tehranın ÇİRKİN PLANI – İran anklav kəndlərin Azərbaycana qaytarılmasına niyə qarşı çıxır?

134916

Ermənistan mətbuatında yer alan məlumatlara görə, Qazaxın 7 kəndi və Naxçıvanın işğal altında olan Kərki kəndinin Azərbaycana qaytarılması yenidən gündəmdədir. Məlumatda bildirilir ki, XİN başçılarının Vaşinqton görüşündə bu məsələ müzakirə olunub. Ermənistanın Baş naziri Nikol Paşinyan da ötən gün “Azadlıq Radiosu”na müsahibəsində Azərbaycanın işğal altında olan kəndlərindən söz açıb.

O bildirib ki, ölkəsi işğal edilmiş kəndləri qarşılıqlı şəkildə Azərbaycana qaytarmağa hazırdır. 

Amma bir sıra ekspertlərin fikrincə, Zəngəzur dəhlizinin açılmasına neqativ yanaşan İran həmin anklav kəndlərin Azərbaycana geri qaytarılmasına da qarşıdır. Qeyd edək ki, Kərki kəndi İrandan Ermənistana gedən yolların, Qazaxın anklav kəndləri isə Ermənistan-Gürcüstan magistralının üzərində yerləşir. Məhz həmin amil fonunda Tehran sözügedən kəndlərin Azərbaycana qaytarılmasında maraqlı görünmür. Çünki onların qaytarılması fonunda İran həmin yollardan öz istədiyi şəkildə istifadə edə, qeyri-qanuni malları daşıya bilməyəcək. 

Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, sözügedən 8 kəndin qaytarılmasını İran özünün geostrateji maraqlarına zidd hesab edib:
 

MÖVZU İLƏ BAĞLI:

İran XİN-in məxfi sənədləri ələ keçirilib? - AÇIQLAMA


“İran Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasında maraqlı deyil. Çünki İranda peşəkar beynəlxalq hüquqla ayaqlaşan siyasi idarəetmə yoxdur. Tehrandakı mollakratiya elə başa düşür ki, Azərbaycanın güclənməsi hər hansısa bir formada İranı şantaj edir. Amma əslində bu heç də belə deyil.

Azərbaycan bu günə qədər öz ərazisindən üçüncü ölkələrin İrana qarşı istifadə etməsinə imkan verməyib. Bakı həmçinin hər zaman İranla münasibətlərə yüksək qiymət verib. Sadəcə İranın özünün düşmənçiliyi və məkirli siyasəti nəticəsində Ermənistana Fransadan da daha çox dəstək verməyə çalışır. Həm Zəngəzur dəhlizinə qarşı çıxır, həm Kərki kəndinin Azərbaycana qaytarılmasını həzm edə bilmir”.

Ekspert qeyd edir ki, anklav kəndlərlə bağlı məsələyə belə yanaşma tərzi sərgiləməklə İran dar ideoloji təbliğatla məşğul olduğunu nümayiş etdirir:

“Bu kimi addımlarla özünü daha yüksək sürətlə gözdən salmaqda davam edir. İranın məsələni bu cür şərh etməsi onların dar ideoloji təbliğatla məşğul olduqlarını göstərir. Azərbaycanın işğal altında olan anklav kəndlərinin qaytarılmasının İrana heç bir dəxli yoxdur”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO