Ermənistanın müxalif "Vətənin xilası” hərəkatı İrəvanın mərkəzindəki Baqramyan prospektini yalnız baş nazir Nikol Paşinyanın vəzifədən gedəcəyi təqdirdə azad edəcək.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “aysor.am” nəşri müxalifət hərəkatının koordinatoru İşxan Saqatelyana istinadən yayıb.
MÖVZU İLƏ BAĞLI:
“Qasparyan özü ən böyük satqındır" - Paşinyan
"Martın 2-də etiraz aksiyalarını davam etdirəcəyik və yerli vaxtla saat 16:00-da toplaşacağıq. Nikol artıq mövcud deyil, vəssalam". İşxan Saqatelyan açıqlamasında belə deyib.
Bizim.Media