Azərbaycanda ekoloji cəhətdən təmiz nəqliyyat sisteminin formalaşdırılması MÜZAKİRƏ OLUNDU 

Azərbaycanda ekoloji cəhətdən təmiz nəqliyyat sisteminin formalaşdırılması MÜZAKİRƏ OLUNDU 

Hazırda oxunan: Azərbaycanda ekoloji cəhətdən təmiz nəqliyyat sisteminin formalaşdırılması MÜZAKİRƏ OLUNDU 

134599

Bu gün keçirilən Nəqliyyatı Əlaqələndirmə Şurasının ilk hazırlıq iclasında dayanıqlı, təhlükəsiz və ekoloji cəhətdən təmiz nəqliyyat sisteminin formalaşdırılması istiqamətində müzakirələr aparılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün “Twitter” hesabında məlumat verib. 

"Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış Nəqliyyatı Əlaqələndirmə Şurasının ilk hazırlıq iclasında iştirak etdik. Şuranın yaradılmasını şərtləndirən amilləri qeyd edərək Azərbaycanın nəqliyyat sisteminin cari vəziyyəti və planlar barədə danışdıq. Prezidentin verdiyi tapşırıqlara dair müzakirə apardıq", - deyə nazir qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO