Tərtərdə DƏHŞƏT: Ər arvadını öldürdü

Tərtərdə DƏHŞƏT: Ər arvadını öldürdü

Hazırda oxunan: Tərtərdə DƏHŞƏT: Ər arvadını öldürdü

134295

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub. 

Bu barədə Bizim.Media-ya Tərtər rayon prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, mayın 4-ü saat 12 radələrində Tərtər rayon sakini 2003-cü il təvəllüdlü Leyla Məhərrəmovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. 

Aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Sahib Əlizadənin aralarında yaranmış mübahisə zamanı arvadı Leyla Məhərrəmovanı kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sahib Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

İbtidai istintaq davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO