Laçın yolundakı nəzarət-buraxılış məntəqəsində ermənilər belə yoxlanılır - VİDEO

Laçın yolundakı nəzarət-buraxılış məntəqəsində ermənilər belə yoxlanılır - VİDEO

Hazırda oxunan: Laçın yolundakı nəzarət-buraxılış məntəqəsində ermənilər belə yoxlanılır - VİDEO

133636

Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsindən tam şəkildə fəaliyyətinin ilk görüntüləri yayılıb.

Bizim.Media xəbər verir ki, kadrlardan da göründüyü kimi, vətəndaşların sərhədi keçməsi mütəşəkkil və nizam-intizamla, qarşılıqlı nəzakət mühitində baş verir.

Azərbaycan sərhədçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.

Belə ki, Ermənistan rəsmilərinin Qarabağ ermənilərinin “etnik təmizləmə” aparması və Laçın yolunun “blokadaya alınması” ilə bağlı açıqlamaları növbəti təbliğat hiyləsindən başqa bir şey deyil.

Laçın yolunun girişində sərhəd-keçid məntəqəsində təhlükəsizlik və nəzarət təmin olunub, sərhədi keçməkdə heç bir problem yoxdur.

Qeyd edək ki, Azərbaycan Hökuməti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib.

Bununla da, Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurulub.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO