Olimpiya çempionu narkotik satarkən həbs olundu

Olimpiya çempionu narkotik satarkən həbs olundu

Hazırda oxunan: Olimpiya çempionu narkotik satarkən həbs olundu

133612

1980-cı ildə Moskva Olimpiadasında üzgüçülük yarışlarının gümüş mükafatçısı Svetlana Varqanova Hindistanda həbs olunub. 

Bizim.Media xəbər verir ki, o, narkotik maddələrin ticarəti ilə məşğul olmaqda günahlandırılır.

Hindistan mətbuatının məlumatına görə, rusiyalı artıq neçə ildir ki, Qoa şəhərində yaşayır və burada narkotacirliklə məşğul olur. Onunla yanaşı rusiyalı sabiq polis işçisi və “qanuni oğru” da eyni ittihamla cinayət məsuliyyətinə cəlb edilib. 
İddiaya görə, Varqanova şəxsi obyektdə turist kimi Hindistana səfər edən xarici vətəndaşlara qəlyan təqdim etməklə yanaşı onlara narkotik vasitələri də ötürürmüş.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO