FHN-in Muğan Regional Mərkəzində zona birinciliyi keçirilib - FOTO 

FHN-in Muğan Regional Mərkəzində zona birinciliyi keçirilib - FOTO 

Hazırda oxunan: FHN-in Muğan Regional Mərkəzində zona birinciliyi keçirilib - FOTO 

132718

Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” X Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib. 

Bu barədə Bizim.Media-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, nazirliyin təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub. 

Əvvəlcə, tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. 

Daha sonra çıxış edən FHN Muğan Regional Mərkəzinin rəisi polkovnik Vüqar Ağayev yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.

Çıxışında Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter almasında Ulu Öndərin müstəsna xidmətlərindən danışan V.Ağayev bildirib ki, bu gün ölkəmiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə dünyanın ən dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. 
Sonra yarışa start verilib. 

Keçirilən yarışda Muğan Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər. 

Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Gənc ekspertlər” adlı üç mərhələdən ibarət olub. 

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Salyan rayonu Aşağı Noxudlu kənd tam orta məktəbinin komandası I yerə, Şirvan şəhər 4 nömrəli tam orta məktəbinin komandası II yerə, Neftçala şəhər 3 nömrəli tam orta məktəbinin komandası isə III yerə layiq görülüb. 
Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb. 






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO