"Prezident İlham Əliyev hamı üçün sistemli şəkildə məsələlərə aydınlıq gətirdi” - Tofiq Zülfüqarov

Hazırda oxunan: "Prezident İlham Əliyev hamı üçün sistemli şəkildə məsələlərə aydınlıq gətirdi” - Tofiq Zülfüqarov

13269

"10 noyabrdan sonra hər birimizdə və xarici ictimaiyyətdə hadisələrin necə inkişaf edəcəyi barədə çoxlu suallar vardı".

Bu sözləri Bizim.Media-ya Azərbaycanın sabiq xarici işlər naziri, keçmiş diplomat Tofiq Zülfüqarov açıqladı.
 

MÖVZU İLƏ BAĞLI:

Tofiq Zülfüqarov: “Qarabağdakı ermənilərin məsələsini Azərbaycan həll edəcək, İrəvan yox, Araik bizə lazımdır"


"Prezident İlham Əliyev bu və ya digər mövzulara aid dəfələrlə bəyanatlar verib. Amma müxtəlif mövzuları sistem şəklində əhatə edən məruzə yox idi. Hiss olunurdu ki, buna ehtiyac var və mətbuat konfransında (26 fevral) həm Azərbaycan ictimaiyyəti, həm də xarici müşahidəçiləri narahat edən məsələlərin açıqlaması tam şəkildə verildi.

Hər bir mövzuya aid Prezident tərəfindən ətraflı şərhlər verildi. Şəxsən mən çox maraqla izlədim....

Mənim üçün ən vacib olan Azərbaycanın mövqeyinin dəyişməz olmasıdır. Ələlxüsus da status məsələsində!

Bir az aydınlıq gətirilib ki, artıq münaqişə həll olunub. Yəni artıq Azərbaycan Ermənistanın işğalına son qoymaqdadır. Bu baxımdan məsələ bitib.


O ki qaldı bizim ərazimizdə kompakt yaşayan ermənilərə, onların reinteqrasiya prosesi baş verəcəkdir".

Tofiq Zülfüqarov bu işin hansı çərçivədə aparılacağı barədə Prezidentin bəyanatlarını çox aydın və kəskin sistemli adlandırdı.

Sabiq XİN rəhbəri ölkə başçısının "Bizim münaqişənin vasitəçiləri dünyanın aparıcı ölkələri idi, ya da ölkələridir.

Kim necə istəyir, elə də qəbul etsin, Təhlükəsizlik Şurasının daimi üzvləri və bu ölkələrə yox demək, onların iradəsindən kənarda addımlar atmaq, əlbəttə ki, o qədər də asan məsələ deyildi" sözlərinə də münasibət bildirdi:
 

"BMT TŞ-nın üzvlərinə yox demək qanun və həmin təşkilatın nizamnamələrinin bəndlərinə əsaslanan bir cavabdır. Azərbaycan savaşdan əvvəl də, sonra da beynəlxalq qanunlara uyğun davrandı və siyasətimizi buna uyğun qurmuşuq.


Kimsə (ABŞ, Rusiya, Fransa) maraqlarına görə özünəməxsus baxış sərgiləyirsə, bu özlərinin işidir.

Amma onların bizə hansısa məsləhətləri Azərbaycanın suverenliyi və maraqları başlayan yerdə qurtarır.

Hesab edirəm ki, bu mövzuda Azərbaycan tərəfinin siyasi iradəsi mətbuat konfransında da dövlət başçısı tərəfindən ciddi şəkildə nümayiş olunub", - deyə Tofiq Zülfüqarov şərhini bitirdi.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO