Bu il Azərbaycanda doğulan iki uşağa Ərdoğan adı verilib

Bu il Azərbaycanda doğulan iki uşağa Ərdoğan adı verilib

Hazırda oxunan: Bu il Azərbaycanda doğulan iki uşağa Ərdoğan adı verilib

13248

2021-ci ilin yanvar-fevral aylarında doğulan uşaqlara verilən adlar arasında Uğur və Zəhra adı üstünlük təşkil edir. Belə ki, 149 oğlana Uğur, 180 qıza Zəhra adı qoyulub.

Bizim.Media-ya Ədliyyə Nazirliyindən verilən məlumata görə, oğlan uşaqlarına verilən adlar siyahısında sonrakı yerlərdə Hüseyn (147), Əli (141), Yusif (136), Məhəmməd (103) gəlir.

Bu il Azərbaycanda doğulan uşağa Ərdoğan adı verilib.

Cari ilin 2 ayında qızlara verilən adların sırasında isə Aylin (139), Zeynəb (126), Fatimə (115, Məryəm (115) çoxluq təşkil edib.

Qızlara qoyulan adların sıyahısında İkramat, Paria, Yeva, Mia, Rehina, Elin, İmamət, Tərbiyyə, Fəcrin, Aşurey, Abuhəyat, Dolunay, Tovuz, Alita, Suada, Leysan, Natilə, Həkimə, Dəclə, Maysa, Əminət, Balış, Saabxanım, Qəribə, Valya, Məkkə, Saray, Səlimət kimi nadir qeyd olunan adlar var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO