Zelenski Rusiya ilə bağlı adların verilməsini QADAĞAN ETDİ 

Zelenski Rusiya ilə bağlı adların verilməsini QADAĞAN ETDİ 

Hazırda oxunan: Zelenski Rusiya ilə bağlı adların verilməsini QADAĞAN ETDİ 

132173

Ukraynada coğrafi obyektlərə Rusiya və onun xadimləri ilə əlaqəli adlar verilməsi yasaqlanıb. 

Bizim.Media “UNİAN”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq sənəd imzalayıb. 

Belə ki, aprelin 21-də Zelenski “Coğrafi adlar haqqında” Ukrayna Qanununa toponimiyanın dekolonizasiyası və Ukraynanın yaşayış məntəqələrində coğrafi adların istifadəsinin sadələşdirilməsinə dair dəyişikliklər edilməsi haqqında” 7253 saylı qanun layihəsini imzalayıb. 

Qanun coğrafi obyektlərə Rusiyanı və ya onun görkəmli yerlərini, tarixlərini, hadisələrini, Ukraynaya (və ya başqa ölkəyə) qarşı təcavüz etmiş şəxslərini, habelə totalitar Sovet və Rusiya rejimlərinin tənqidinə görə təqiblərlə bağlı totalitar siyasət və təcrübələri, həmçinin müvəqqəti işğal olunmuş ərazilərdəki ukraynalıları simvolizə edən, tərənnüm edən adların verilməsini qadağan edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO