Ermənistanın keçmiş nazirinin oğluna cinayət işi açıldı - Paşinyan qisas alır

Ermənistanın keçmiş nazirinin oğluna cinayət işi açıldı - Paşinyan qisas alır

Hazırda oxunan: Ermənistanın keçmiş nazirinin oğluna cinayət işi açıldı - Paşinyan qisas alır

131839

Ermənistanın İstintaq Komitəsi keçmiş xarici işlər naziri Vardan Oskanyanın oğluna qarşı cinayət işi açıb.

Bizim.Media xəbər verir ki, İrəvanın “Joxovurd” qəzeti Ara Oskanyanın dələduzluqda şübhəli bilindiyini yazıb.

Nəşrin məlumatına görə, kiçik Oskanyan həbsdə ola-ola əmlak satıb. Hüquq-mühafizə orqanlarına bu cinayətlə bağlı informasiya daxil olub. 

Keçmiş nazirin oğlunun hüquq-mühafizə orqanları əməkdaşlarının "müşahidə dairəsinə düşməsi" birinci dəfə deyil. Hələ 2017-ci ildə Ara Oskanyan və Hrant Seradaryan bir nəfəri oğurlayaraq borclarını ödəməyə məcbur ediblər. Həmin şəxslər insan oğurluğunda şübhəli bilinərək saxlanılmışdılar. Daha sonra isə cinayət işinə xitam verilmişdi.
Xatırladaq ki, sabiq nazir bir müddət öncə videomüraciətində baş nazir Nikol Paşinyanın Qarabağla bağlı son hərəkətlərini və bəyanatlarını tənqid etmişdi. Eyni zamanda problemin Ermənistan üçün faydalı şəkildə həllində dəstək göstərməyə hazır olduğunu bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO