Azərbaycanın Rusiyadakı səfirliyinin binası önündə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizin Moskvadakı səfirliyinin binası qarşısında Azərbaycanın Xocalı şəhərində erməni hərbi birləşmələri tərəfindən 1992-ci ildə törədilmiş soyqırımını əks etdirən fotoşəkillərdən ibarət stend quraşdırılıb.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Rusiyadakı Azərbaycan diasporunun, Rusiya Azərbaycanlı Gənclər Birliyi, ictimaiyyətin nümayəndələri soyqırımı qurbanlarının xatirəsini ehtiramla anıblar.
Stendin qarşısına gül dəstələri və əklillər qoyulub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:55 / 26.02.2021
Azərbaycanlılar Moskvada Xocalı faciəsi qurbanlarının xatirəsini yad etdilər - FOTO
Hazırda oxunan: Azərbaycanlılar Moskvada Xocalı faciəsi qurbanlarının xatirəsini yad etdilər - FOTO
Hazırda oxunan: Azərbaycanlılar Moskvada Xocalı faciəsi qurbanlarının xatirəsini yad etdilər - FOTO
13176
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.