Ermənistandakı əsirlərimizin ailələrindən AÇIQLAMA – “Görüntülü danışmağımız üçün söz verildi”

Ermənistandakı əsirlərimizin ailələrindən AÇIQLAMA – “Görüntülü danışmağımız üçün söz verildi”

Hazırda oxunan: Ermənistandakı əsirlərimizin ailələrindən AÇIQLAMA – “Görüntülü danışmağımız üçün söz verildi”

131634

Xəbər verildiyi kimi Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda əsir saxlanılan əsgərlərimizə baş çəkib.

Əsir hərbçilərimizin saxlanma şəraiti və vəziyyətləri ilə bağlı hələki rəsmi məlumat verilmir. 

Ermənistanda saxlanılan əsgər Hüseyn Axundovun qardaşı Ağa Axundov Bizim.Media-ya açıqlamasında qardaşının vəziyyətindən məlumatsız olduğunu bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

BQXK Ermənistanda əsir saxlanılan əsgərlərimizə BAŞ ÇƏKİB


“Beynəlxalq Qızıl Xaç komitəsindən sadəcə əsirlərlə görüş keçirdiklərini dedilər. Nə səhhətlərindən, nə də saxlanma şəraitindən xəbərimiz var. Biz də sizin kimi... Əlavə məlumata verilmədi”.

Digər hərbçi Aqşin Bəbirovun anası Dilarə Bəbirova oğlunun tez bir zamanda vətənə qaytarılmasından başqa heç nə arzulamadığını qeyd edib:

“Sadəcə görüşdüklərini məlumat verdilər və normal olduqlarını bildirlər.  Amma gərək oğlumu bizlə də danışdırardılar. Artıq heç bir məlumata güvənim qalmayıb. Nə oğlumdan mənə, nə də biz valideynlərdən oğluma məktub göndərilməsi üçün şərait yaradılıb.

Ən azı özündən bir cümlə belə oxumaq və ya eşitmək narahatlığımı bir qədər azaltmış olardı. Dünən Ombudsman Səbinə Əliyeva ilə görüşmüşük. Oğlumun tez bir zamanda qayıtması üçün əllərindən gələni etdiklərini dedi. Hətta oğlumla görüntülü danışıq üçün də söz verdi. Yəqin ki, uşaqların yaraları var. Onların sağalmasını gözləyirlər”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu bir həftəyə yaxındır ki, Ermənistanda əsir saxlanılır. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO