Kreml Paşinyanı necə qorxudub? -

Kreml Paşinyanı necə qorxudub? - "Roma Statutu" qalmaqalı BÖYÜYÜR

Hazırda oxunan: Kreml Paşinyanı necə qorxudub? - "Roma Statutu" qalmaqalı BÖYÜYÜR

131369

Ermənistan hakimiyyəti Beynəlxalq Cinayət Məhkəməsinin Əsasnaməsi olan "Roma Statutu"nun (Roma Əsasnaməsi) ratifikasiya prosesini dayandıra bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Hraparak” qəzeti Paşinyan komandasındakı mənbələrə istinadən yazıb.

Qeyd edilir ki, Ermənistan hakimiyyəti Moskvanın qəzəbinə qarşı durmaq iqtidarında deyil:

"Ermənistan Konstitusiya Məhkəməsi fevralın 23-də qərar verib ki, hökumət Əsasnamənin ratifikasiyası prosesini davam etdirə bilər. Konstitusiya Məhkəməsinin qərarından sonra hökumətə Əsasnamənin ratifikasiyası ilə bağlı məsələni parlamentə göndərmək üçün 3 ay vaxt verilib. Xeyli vaxt keçsə də, bu məsələ parlamentə təqdim olunmayıb".
"Paşinyan və komandası Moskvanı inandıra bilməyib ki, Beynəlxalq Cinayət Məhkəməsinin Əsasnaməsi qəbul edilsə belə Putin Ermənistanda həbs edilməyəcək.

Maraqlıdır, görəsən Kreml Vovayeviçi (Nikol Paşinyan) hansı cavab hərəkətləri ilə qorxudub?", mənbə yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO