Paytaxtda 187 marşrut avtobusu GECİKİR

Paytaxtda 187 marşrut avtobusu GECİKİR

Hazırda oxunan: Paytaxtda 187 marşrut avtobusu GECİKİR

131342

Vahid Dispetçer Xidmətinin məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 65 müntəzəm marşrut xətti üzrə 187 avtobusun hərəkət intervalında gecikmələr var.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Bizim.Media-ya verilən məlumata görə, gecikmələr əsasən aşağıdakı istiqamətlər üzrə müşahidə olunur.

1. Bakı-Sumqayıt şosesi - Moskva prospekti – Tbilisi prospekti şəhər istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-25 dəqiqə gecikmə müşahidə olunur.

2. Həsən bəy Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqamətində 7B, 9, 14, 18, 29, 165, 194, 205 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-24 dəqiqə gecikmə müşahidə olunur

3. 3-cü mkr dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cəfərov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 15-23 dəqiqə gecikmə müşahidə olunur

4. Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-25 dəqiqə gecikmə müşahidə olunur.

5. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 16-26 dəqiqə gecikmə müşahidə olunur

6. Qara Qarayev prospekti Koroğlu istiqamətində məhdudiyyət səbəbindən 7A, 11, 15 və 62 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-30 dəqiqə gecikmə müşahidə olunur.

7. Xocalı prospekti - Yusif Səfərov küçəsi istiqamətində məhdudiyyət 4, 10, 21, 30, 32, 46, 49 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 18-26 dəqiqəyə gecikmə müşahidə olunur.

8. Binəqədi şosesi – hər iki istiqamətdə 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-27 dəqiqə gecikmə müşahidə olunur.

9. Zabrat şosesi – şəhər istiqamətində məhdudiyyət səbəbindən 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 22-30 dəqiqə gecikmə müşahidə olunur.

10. Yavər Əliyev küçəsi aeroport şosesi istiqamətində məhdudiyyət səbəbindən 24, 35, 40, 49, 76, 78, 113, 208 və 209 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 18-28 dəqiqə gecikmə müşahidə olunur.

11. Salatın Əsgərova küçəsi Azadlıq prospekti ilə kəsişməyə qədər 5 və 11 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-22 dəqiqə gecikmə müşahidə olunur.

12. Badamdar şosesi, Mikayıl Müşviq küçəsi Parlament prospekti istiqamətində 3, 29, 31, 53 və 206 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 16-24 dəqiqə gecikmə müşahidə olunur.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO