Azərbaycanın daha bir sərbəst güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.
Bizim.Media xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən Maqomedxan Maqomedov yarımfinalda Vladislav Baytsayevi (Macarıstan) məğlub edib.
O, həlledici dueldə Givi Matçaraşvili ilə (Gürcüstan) qarşılaşacaq. Səbuhi Əmiraslanov (79 kq) yarımfinalda Vasili Mixaylova (Ukrayna) məğlub olub. O, bürünc medal üçün yarışacaq. Əli Rəhimzadə (65 kq) isə təsəlliverici qarşılaşmaya çıxacaq.
Qeyd edək ki, daha əvvəl Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) də qızıl medal uğrunda görüşə vəsiqə qazanıblar.
Medal qarşılaşmaları sabah keçiriləcək.
*** 21:14
Xorvatiyanın paytaxtı Zaqrebdə Avropa çempionatı başlayıb. İlk yarış günündə iki idmançımız finala yüsəlib.
Bizim.Media xəbər verir ki, Yunan roma güləşində70 kq-da çıxış edən Hacı Əliyev yarımfinalda Vasile Diakona (Moldova) qalib gəlib.
Daha əvvəl Əliabbas Rzazadə (57 kq) qızıl medal uğrunda görüşə vəsiqə qazanıb. Bu gün, həmçinin, Səbuhi Əmiraslanov (79 kq) və Maqomedxan Maqomedov (97 kq) da yarımfinal görüşünə çıxacaqlar.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:17 / 17.04.2023
3 güləşçimiz Avropa çempionatının FİNALINDA - YENİLƏNİB/FOTO
Hazırda oxunan: 3 güləşçimiz Avropa çempionatının FİNALINDA - YENİLƏNİB/FOTO
Hazırda oxunan: 3 güləşçimiz Avropa çempionatının FİNALINDA - YENİLƏNİB/FOTO
131302
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.