İranda tanınmış qadın fəala 7 il həbs cəzası verildi - FOTO

İranda tanınmış qadın fəala 7 il həbs cəzası verildi - FOTO

Hazırda oxunan: İranda tanınmış qadın fəala 7 il həbs cəzası verildi - FOTO

131166

Tehran İnqilab Məhkəməsi fəal Gülrux İbrahimi barəsində qərar çıxarıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Azad İran" Telegram kanalı yayıb.

Mənbə yazır ki, "Toplaşmaq və əlbir olmaq" və "hökumətə qarşı təbliğat aparmaq"da ittiham olunan mədəni fəal 7 il müddətinə azadlıqdan məhrum olunub.
Onun habelə ölkədən çıxışına, ictimai fəaliyyətinə və Tehranda yaşamasına qadağa qoyulub.

Qadın fəal barəsində irəli sürülən ittihamları rədd edərək, qərarın İranda etirazçı qadınları qorxutmaq üçün verildiyini bildirib.

Qeyd edək ki, Gülrux İbrahimi tanınmış hüquq müdafiəçisi, ictimai fəal və keçmiş siyasi məhbus Arəş Sadiqinin həyat yoldaşıdır.

Qadınların hüquqlarını müdafiə etdiyi üçün bir neçə dəfə həbs edilən Gülrux sonuncu dəfə 2022-ci ilin oktyabr ayında saxlanılıb. O, hazırda Tehranın Evin zindanında saxlanılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO