Gimnastımız Zöhrə Ağamirova beynəlxalq turnirdə birinci oldu

Gimnastımız Zöhrə Ağamirova beynəlxalq turnirdə birinci oldu

Hazırda oxunan: Gimnastımız Zöhrə Ağamirova beynəlxalq turnirdə birinci oldu

131080

Azərbaycan idmançısı Zöhrə Ağamirova Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində böyüklər arasında gürzlərlə hərəkətdə birinci yerə layiq görülüb.

Bizim.Media xəbər verir ki, gimnastımız 31,700 xal toplayıb.

İkinci yeri Macarıstanı təmsil edən Evelin Viktoriya Koçsis, onun çıxışı 31,050 xalla qiymətləndirilib, üçüncü yeri moldovalı Veronika Sturmilova (30,250 xal) tutub.

Bu proqramda Azərbaycan gimnastı Leyli Ağazadə 26,900 xalla altıncı yeri tutub.

Qeyd edək ki, bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirin yarışları 14-16 aprel tarixlərində keçirilir. Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO