Yaşayış binasında 16 nəfər diri-diri yandı - 9 YARALI VAR

Yaşayış binasında 16 nəfər diri-diri yandı - 9 YARALI VAR

Hazırda oxunan: Yaşayış binasında 16 nəfər diri-diri yandı - 9 YARALI VAR

131051

Dubayda yaşayış binasında baş verən yanğın nəticəsində 16 nəfər ölüb, 9 nəfər yaralanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə bazar günü “Khaleej Times” qəzeti əmirliyin mülki müdafiə xidmətinə istinadən məlumat yayıb.

İlkin informasiyaya görə, yanğına səbəb yanğın təhlükəsizliyi tələblərinə əməl edilməməsi olub. Hadisənin baş vermə şəraiti ilə bağlı araşdırmalara başlanılıb.

Binada yerləşən mağazalardan birinin əməkdaşı nəşrə bildirib ki, güclü gurultu eşidilib:

"Bir neçə dəqiqə nə baş verdiyini anlaya bilmədik. Lakin sonra pəncərədə tüstü və yanğın gördük".

Hadisə şahidinin sözlərinə görə, bir neçə nəfər insanlara kömək etmək üçün binaya girməyə çalışıb, lakin tüstü buna imkan verməyib, xilasediciləri gözləmək qərarına gəliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO