Xəbər verdiyimiz kimi, bu dəqiqələrdə Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağı yandırılıb.
Bizim.Media xəbər verir ki, İrəvanda Azərbaycan bayrağını yandıran təxribatçı erməni dizayner Aram Nikolyandır.
MÖVZU İLƏ BAĞLI:
İrəvanda Azərbaycana qarşı TƏXRİBAT: Bayrağımızı yandırdılar - FOTO/VİDEO
Ermənistan KİV-lərində yayılan məlumata görə, A. Nikolyan törətdiyi əmələ görə polis bölməsinə aparılıb.
Qeyd edək ki, Avropa çempionatında iştirak edəcək Azərbaycan ağırlıqqaldırma yığması Ermənistanın paytaxtı İrəvandadır. Ölkəmiz yarışa 12 nəfərlik nümayəndə heyəti ilə yollanıb.
Bizim.Media