Türkiyə və Bolqarıstan Azərbaycandan təbii qaz nəqlinin həcmini artıran sazişlər imzalayacaq

Türkiyə və Bolqarıstan Azərbaycandan təbii qaz nəqlinin həcmini artıran sazişlər imzalayacaq

Hazırda oxunan: Türkiyə və Bolqarıstan Azərbaycandan təbii qaz nəqlinin həcmini artıran sazişlər imzalayacaq

130452

Türkiyə və Bolqarıstan aprelin sonunda Macarıstan, Rumıniya və Slovakiya ilə Azərbaycandan Avropaya təbii qaz nəqlinin həcmini artıracaq sazişlər imzalamağı planlaşdırır. 

Bizim.Media xəbər verir ki, bunu Bolqarıstan Milli Televiziyasında çıxışı zamanı ölkənin energetika naziri Rosen Xristov deyib. 

Xristov əlavə edib ki, gələn il ölkəsi Azərbaycan təbii qazını isə Bolqarıstan-Yunanıstan sistemlərarası qaz kəməri vasitəsilə qəbul edə biləcək. 

Hazırda Bolqarıstan öz tələbatının üçdə birinə qədərini Azərbaycandan gələn boru kəməri qazı hesabına ödəyir. O, tutumu ildə 3 milyard kubmetr olan Yunanıstan-Bolqarıstan interkonnektoru ilə tədarük olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO