Azərbaycan əsilli rus yazıçısı Eduard Bağırov VƏFAT EDİB

Azərbaycan əsilli rus yazıçısı Eduard Bağırov VƏFAT EDİB

Hazırda oxunan: Azərbaycan əsilli rus yazıçısı Eduard Bağırov VƏFAT EDİB

130423

Azərbaycan əsilli rus yazıçısı Eduard Bağırov 47 yaşında vəfat edib. 

Bizim.Media xəbər verir ki, bu barədə onun yaxınları RT telekanalına məlumat verib. 

Məlumata görə, bir həftə əvvəl yazıçı komaya düşüb, onun bütün orqanları fəaliyyətini dayandırıb. Komanın nə ilə əlaqəli olduğu açıqlanmır. 

Eduard Bağırov 1975-ci ildə Türkmənistan SSR-in Marı şəhərində anadan olub. O, 2000-ci illərdə litprom.ru ədəbi portalının baş redaktoru olduqdan sonra şöhrət qazanıb. O, bir neçə romanın müəllifidir. 
2007-ci ildə onun debütü "Qonaq işçi" kitabı olub. Daha sonra Bağırov “Aşiqlər” və “İdealist” romanlarını yazıb. Yazıçı həm də ssenarist və radio aparıcısı kimi fəaliyyət göstərib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO