Füzulidə 3 kəndin tikintisinə başlanılacaq

Füzulidə 3 kəndin tikintisinə başlanılacaq

Hazırda oxunan: Füzulidə 3 kəndin tikintisinə başlanılacaq

130305

Yaxın gələcəkdə Füzuli rayonunun Dövlətyarlı, Dədəli və Pirəhmədli kəndlərinin tikintisinə başlanılacaq.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun bu gün Füzuli Beynəlxalq Hava Limanında keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, hazırda daha 7 kəndin tikintisinə başlamaq üçün layihələndirmə işləri aparılır:

"Mənzillərin Füzuli şəhərində, fərdi yaşayış evlərinin isə kəndlərdə inşası nəzərdə tutulur".

Sədrin birinci müavini deyib ki, Füzuli şəhərinin yol-küçə şəbəkəsinin ümumi uzunluğu 87,5 km olacaq:

"Bunun 18 km-də layihələndirmə işləri başa çatıb, Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilib. Çox güman ki, bu ayın sonunda layihə ekspertizadan çıxacaq və Füzuli şəhərində yol-küçə şəbəkəsinin inşasına başlanılacaq".

N.Hümmətov qeyd edib ki, 2022-ci ildə Füzulidə 1 536 hektar ərazi minalardan təmizlənib:

"Nazirlər Kabinetinin bu ilin yanvar ayında verdiyi sərəncamına əsasən yaşayış məntəqələri üzrə ümumilikdə 2 620 hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur. Bu ilin I rübündə 622 hektar ərazi minalardan təmizlənib. Bütün bunlar inşaat işlərinə başlamağa şərait yaradır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO