Ermənistan ordusu yenə ənənəvi “döyüş taktikası”na əl atıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistandan növbəti təxribat - Şəhid və yaralımız var
Bildirilib ki, qarşı tərəfin hərbçiləri Dığ kəndi istiqamətindəki mövqelərini ataraq qaçıblar. Qeyd edək ki, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.
Bizim.Media