Xəbər verdiyimiz kimi, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir müddət öncə KTMT-nin Ermənistana missiya göndərməyə hazır olduğunu deyib. O, eyni zamanda "İndi isə top İrəvan tərəfindədir” kəlməsini işlədib. Onun bu açıqlaması İrəvanda böyük əks-səda doğurub.
Bizim.Media xəbər verir ki, Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri, baş nazir Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyasından deputat seçilən Sarkis Xandanyan mövzu ilə bağlı jurnalistlərə müsahibə verib.
"KTMT missiyasının göndərilməsi məsələsində Ermənistanın mövqeyi dəyişməyib. Təşkilat ilk növbədə Azərbaycanın İrəvana qarşı hərəkətləri faktına siyasi qiymət verməlidir", - deyə o, qeyd edib.
"Bu qiymətləndirmə əsasında müvafiq addımlar atılacaq. Missiyanın göndərilməsi layihəsi hazırlanır. Söhbət Ermənistanın təhlükəsizliyinin təmin olunmasından gedir. Burada isə hərtərəfli yanaşmalar tətbiq etmək lazımdır. Qarşımıza bir-birimizə top ötürmək vəzifəsi qoyulmayıb. Biz futbol oynamırıq”, - deyə Xandanyan yekunlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:46 / 11.04.2023
Paşinyanın silahdaşı Zaxarovaya cavab verdi: “Biz futbol oynamırıq"
Hazırda oxunan: Paşinyanın silahdaşı Zaxarovaya cavab verdi: “Biz futbol oynamırıq"
Hazırda oxunan: Paşinyanın silahdaşı Zaxarovaya cavab verdi: “Biz futbol oynamırıq"
130194
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.