Elçinin Fatiməyə iradı Nadiri özündən çıxartdı: “Ölüb gedəcəksiniz, çürüyəcəksiniz” - VİDEO

Elçinin Fatiməyə iradı Nadiri özündən çıxartdı: “Ölüb gedəcəksiniz, çürüyəcəksiniz” - VİDEO

Hazırda oxunan: Elçinin Fatiməyə iradı Nadiri özündən çıxartdı: “Ölüb gedəcəksiniz, çürüyəcəksiniz” - VİDEO

129926

Müğənni Elçin Hüseynovun efirdə rəqqasə Fatimə Fətəliyevaya irad bildirməsi qalmaqala səbəb olub. 

Bizim.Media xəbər verir ki, doğum gününü “Zaurla Günaydın” səhər şousunda qeyd edən rəqqasə bir sıra müğənniləri ətrafına toplayıb. 

Lakin E.Hüseynov bir sıra həmkarları ilə bir masa ətrafında oturması eyni zamanda söhbətlərinin üst-üstə düşməməsindən narahatçılıq keçirib və buna etiraz edib:  

“Fatiməyə iradım var. Verilişə kimisə dəvət edəndə o şəxsin digər qonaqlarla xarakterinin uyğun gəlməsi mütləqdir. İndi isə birinin dediyi söz digərin söylədiyi sözlə tamamlanmır. Səmimi ortam olmalıdır. Amma burada mən bunu görmürəm. Böyük danışmaq olmasın, amma mən efirə və ya qonaq kimi hansısa məclisə dəvət alanda digər insanların kimliyi ilə soruşuram və əgər ortam xarakterimə uyğundursa gedirəm. Demirəm ki, kimdənsə artıq və ya üstünəm. Səmimiyyət olmayacaqsa, ora mən getmirəm”. 

Sözügedən proqramda qonaq olan Nadir Qafarzadə isə Elçinin bu çıxışından xoşu gəlməyib. Nadir bu fikirləri ilə Elçini susdurub: 

“Əzizim, mən pozitiv insanam, bura pozitiv gəlmişəm. Kameraya da işləmirəm. Bitirin bu söhbətləri, özünüz olun. Zarafatınızı edin, səhər verilişidir, tamaşaçılar bizə baxır ki, əhvalları gözəl olsun. Özünüz olun. Gülün, danışın. Ölüb gedəcəksiniz, çürüyəcəksiniz. Sizi qurd-quş yeyəcək. Allahın verdiyi gözəl günlərdən, mübarək aylardan istifadə edin. Yeyin, için, yaşayın, kim nə deyir qoy desin, kef edin”. 

Nadirin bu sözləri isə həmkarları tərəfindən alqışla qarşılanıb. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO