“06 aprel 2023-cü il tarixində saat 13:25-də Ağdam rayon polis şöbəsinə və rayon prokurorluğuna Ağdamın Ergi düzü adlanan ərazisindən insan bədəninin hissələrinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi barədə məlumat daxil olub”.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Ağdam Rayon Prokurorıuğunun müstəntiqi Sərxan Məmmədli məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Ağdamda insan skeletinə bənzər sümüklərin tapılması ilə bağlı araşdırma başladı - FOTO
Məlumata görə, daxil olan məlumat əsasında hadisə yerinə baxış keçirilmiş və digər zəruri tədbirlər görülüb.
Aparılmış ilkin araşdırma zamanı müəyyən edilib ki, Ergi düzü ərazisində insan bədənin aşağı və yuxarı ətrafları, eyni zamanda kəllə sümüyünün hissələrinə bənzər sümük fraqmentləri aşkar edilib.
Həmin sümüklər müvafiq qablaşdırılmalarla götürülüb və zəruri ekspertiza təyin edilib.
Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma davam etdirilir.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.