“Kəpəz” Gəncədə oynamaya bilər

“Kəpəz” Gəncədə oynamaya bilər

Hazırda oxunan: “Kəpəz” Gəncədə oynamaya bilər

129341

Gəncə stadionunun qazonunun bərbad duruma düşdüyü barədə xəbər vermişdik.  

Bizim.Media xəbər verir ki, bu vəziyyətə görə PFL Gəncə klubuna evdə oynamaq qadağası qoya bilər.  

Komanda növbəti ev oynununa kimi qazonu normal vəziyyətə salmalıdır ki, bu da çətin görünür.

Hər halda klub rəhbərliyi bunun üçün əlindən gələni edəcək və yekun sözü də PFL deyəcək.  

Hər halda ehtiyat variant kimi "Kəpəz" növbəti ev oyunu üçün başqa stadion axtarışına da çıxıb.

Əgər PFL icazə verməsə, komanda "Turan Tovuz"u böyük ehtimalla Qəbələdə qəbul edəcək.

Qeyd edək ki, "Kəpəz" növbəti ev oyununu aprelin 15-də "Turan Tovuz"a qarşı keçirəcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO