AFFA Özbəkistanla razılığa gələ bilmədi

AFFA Özbəkistanla razılığa gələ bilmədi

Hazırda oxunan: AFFA Özbəkistanla razılığa gələ bilmədi

128958

Azərbaycan milli komandası iyunun 17-də AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda Estoniya yığması ilə üz-üzə gələcək.  

Bizim Media xəbər verir ki, AFFA estonlarla matçdan sonra millinin yoxlama oyunu keçirməsini istəyir.  

Buna görə də, federasiya iyunun 20-də yoxlama oyunu üçün rəqib axtarışındadır. Bu məqsədlə Özbəkistan Futbol Federasiyası ilə danışıqlar aparılıb. Amma tərəflər arasında razılıq əldə olunmayıb.  
Xatırladaq ki, Azərbaycan millisi F qrupunda növbəti iki görüşünü Estoniya(17 iyun) və Belçikaya (sentyabr 9) qarşı keçirəcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO