Aİ-nin Azərbaycan Nümayəndəliyinin mühasibi 1 milyonluq mənimsəmədə ittiham olunur

Aİ-nin Azərbaycan Nümayəndəliyinin mühasibi 1 milyonluq mənimsəmədə ittiham olunur

Hazırda oxunan: Aİ-nin Azərbaycan Nümayəndəliyinin mühasibi 1 milyonluq mənimsəmədə ittiham olunur

128667

Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin müraciəti əsasında həmin qurumun mühasibinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, istintaqla Zərifə Abbasovanın 2017-2022-ci illər ərzində həmin vəzifədə işləyərkən Nümayəndəliyin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırması, habelə saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əmək haqqı kartına köçürərək sözügedən təşkilata məxsus 980 min manatdan artıq pulu mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Zərifə Abbasovaya Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO