Türkiyə Super Liqasında 27-ci turun oyunları davam edir.
Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" səfərdə autsayder "Ümraniyespor"un qonağı olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.
Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard matçda start heyətdə başlayıb. O, 67-ci dəqiqədə Endri Çekici ilə əvəzlənib.
Xallarını 35-ə yüksəldən "Konyaspor" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
![Mahir oynadı, “Konyaspor” 1 xal qazandı Mahir oynadı, “Konyaspor” 1 xal qazandı](https://bizim.media/file/articles/2023/04/02/1680458963_photo_2023-04-02_22-04-57.jpg)
- A-
- A
- A+
İdman
22:45 / 02.04.2023
Mahir oynadı, “Konyaspor” 1 xal qazandı
Hazırda oxunan: Mahir oynadı, “Konyaspor” 1 xal qazandı
Hazırda oxunan: Mahir oynadı, “Konyaspor” 1 xal qazandı
128568
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.