"Bavariya" "Borussiya"nı məğlub edib, yenidən lider oldu

Hazırda oxunan: "Bavariya" "Borussiya"nı məğlub edib, yenidən lider oldu

128485

Almaniya Bundesliqasında 26-cı turun mərkəzi oyunu keçirilib. 

Bizim.Media xəbər verir ki,"Bavariya" Dortmund "Borussiya"sını qəbul edib. Matç meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. 

"Bavariya" - "Borussiya" (Dortmund) - 4:2 

Qollar: Kobel, 13 (1:0), Müller, 18 (2:0), 23 (3:0), Koman, 50 (4:0), Can, 72 (4:1), Malen, 90 (4:2) 

Beləliklə, Münhen təmsilçisinin yeni baş məşqçisi Tomas Tuhelin debütü uğurlu alınıb. 

Bu nəticədən sonra "Bavariya" 55 xalla "Borussiya"nı geridə qoyaraq yenidən liderliyə yüksəlib.

Dortmund təmsilçisi 53 xalla 2-ci pilləyə enib. "Union" 51 xalla 3-cüdür. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO