Marsdan gələn görüntülər saxta çıxdı

Marsdan gələn görüntülər saxta çıxdı

Hazırda oxunan: Marsdan gələn görüntülər saxta çıxdı

12832

NASA tərəfindən aylar əvvəl göndərilən kəşfiyyat vasitəsi "Perseverance" bu yaxınlarda uğurla Marsa enib.

Enişdən sonra “Qırmızı Planetdən” görüntüləri paylaşmağa başlayan kəşfiyyat vasitəsi o vaxtdan bəri Mars səthində işləyir. Əlbətdə ki, bu vəziyyət kosmosla maraqlanan və maraqlanmayan demək olar ki, hər bir sosial media istifadəçisinin diqqətini çəkir.

Bizim.Media xəbər verir ki, enişdən az sonra “Perseverance” Yerə səs və video göndərib.

Məşhur türk araşdırma platforması Teyit.org sözügedən videonun gerçək olub olmadığını araşdırmağa başlayıb. Çoxsaylı əvvəlki tədqiqatlar kimi, bu araşdırmanın da təəssüf ki, saxta olduğu ortaya çıxıb.

Başqa sözlə, həm “Perseverance” çəkildiyi deyilən video, həm də sözügedən səslər həqiqəti əks etdirmir.

“Teyit.org”un apardığı araşdırmaya görə video diqqətlə izlənildiyi təqdirdə həqiqəti əks etdirmədiyi başa düşülür. Çünki sözügedən videoda göstərilən kosmik tədqiqat vasitəsinin “Perseverance” deyil, “Curiosity” olduğu asanlıqla görülə bilir (25. saniyə).

2012-ci ildə Mars səthinə düşən Curiosity kəşfiyyat vasitəsinin səsyazma xüsusiyyətinə malik olmadığını müəyyənləşdirən Teyit.org sözügedən paylaşımın həm görüntü, həm də səs baxımından təsvir olunduğu kimi olmadığını açıqlayıb. (tecland)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO