Kabel televiziyaları MTK-lara hansı şərtlərlə buraxılır? – GİZLİ SAZİŞ

Kabel televiziyaları MTK-lara hansı şərtlərlə buraxılır? – GİZLİ SAZİŞ

Hazırda oxunan: Kabel televiziyaları MTK-lara hansı şərtlərlə buraxılır? – GİZLİ SAZİŞ

12826

Çoxmənzilli yaşayış binaları kabel televiziyaları, internet provayderlərinin və bir də MTK-ın əsl “çörək yeri”dir. Heç bir sakin istədiyi seçimi edib öz xidmətçisini müəyyənləşdirə bilməz. Bura konkret monopoliyadadır.

Çoxmənzilli yaşayış binalarında sistem elə qurulub ki, vətəndaş yalnız MTK-nın ona təqdim etdiyi kabel televiziyasından, provayderdən və internet kanalından istifadə etməli olur. Bu “diqqətləri” ilə də istehlakçıların seçim hüquqlarını məhdudlaşdırırlar.

 

MÖVZU İLƏ BAĞLI:

Mənzilimizdən internet oğurlayanlar kimlərdir? - AÇIQLANDI


Bizə müraciət edən şikayətçilərdən bəziləri qeyd edir ki, bu barədə MTK rəhbərliyinə müraciət etdikdə, onlar müxtəlif səbəb gətirir, hətta sakinləri təzyiqlərlə bu fikirdən daşındırmağa çalışırlar. Çünki MTK ilə həmin şirkətlərin maraq çərçivəsində gizli sazişləri var. Bu köhnə binlarda isə “JEK” müdirləri ilə “razılaşdırlaraq” icra edilir.

Adının çəkilməsini istəməyən bir MTK rəhbəri isə bildirir ki, bu məsələlər monopoliyadadır, zəng gəlir ki, filan kabel televiziyasını binana buraxmalısan, etiraz edə bilmirsən, arxasında min cür söhbət var.

Əlaqə saxladığımız şirkətlərdən birinin mətbuat katibi Sabir Məşədizadə isə söyləyir ki, burada heç kimin günahı yoxdur:

“MTK-lara ona görə binalarında ikinci, üçüncü provayderlərlə işləməyin marağında deyillər ki, binasında  sonradan tikinti-söküntü işlərinin aparılmasını istəmir. Bina tikilib, infrastrukturu təmin olunanda əvvəlcədən kabelləşmə yerləri müəyyən olunur. İlk provayder bina sahiblərini  internetlə təmin edir.

 

Kabelləşmə işləri çox xərc tələb edən bir işdir. Bunun üçün digər şirkətlərin artıq istifadədə olan çoxmənzilli yaşayış binalarına internet çəkməkdə marağı qalmır. Çünki, bu onlara maddi olaraq heç bir gəlir gətirmir”.


Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynov söyləyir ki, bütün hallarda bu fakt istehlakçı hüquqlarının pozulmasıdır:

“Gün ərzində bu mövzu ilə bağlı bizə 2-3 nəfə vətəndaş şikayəti daxil olur. MTK-lar internet provayderləri ilə müqavilə bağlayır ki, xidməti tək bir şirkət icra edəcək və sakinlər yalnız həmin provayderlərin istifadəçisi olacaqlar. Bu da istehlakçı hüququna ziddir”.

Hüquq müdafiəçisi bildirir ki, hətta əksər binalarda MTK-lar ödənişləri də özləri yığırlar. Çox vaxt isə bu yüksəldimiş bir qiymət olur:

 

“Birmənalı olaraq istehlakçının başqa bir provayderə qoşulmaq imkanını MTK-lar məhdudlaşdırır. MTK-ın bu işlərdən kənarlaşdırılması lazımdır. Elə şərait yaradılmalıdır ki, hər bir istehlakçı istədiyi provayderə qoşula bilsin.


Təssüflər olsun ki, istehlakçı internet xidmətindən imtina etdikdə ona təziqlər edirlər. Və elə olur ki, əlavə komunal ödənişlər də tələb olunur. Yaxşı olardı ki, problemdən əziyyət çəkən sakinlər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etisnlər. Və öz haqqlarını tələb etsinlər”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO