Acun Avropada daha bir klub alır – FOTO  

Acun Avropada daha bir klub alır – FOTO  

Hazırda oxunan: Acun Avropada daha bir klub alır – FOTO  

128242

Türkiyəli iş adamı Acun İlıcalı Avropada daha bir futbol klubu almağı planlaşdırır. 

Bizim.Media xəbər verir ki, o, İrlandiyanın "Şelburn" klubunu almaq üçün fəaliyyətə başlayıb.

Tanınmış telejurnalist bir neçə gün öncə sözügedən komandanın ölkə çempionatı çərçivəsində "Sent Patriks"lə keçirdiyi oyunu stadionda izləyib. 

"Şelburn" İrlandiya çempionatında 5-ci pillədə qərarlaşıb. Komandanı "Çelsi"nin sabiq futbolçusu Damien Daff çalışdırır. 

Qeyd edək ki, Acun İlıcalı İngiltərə Çempionşipdə mübarizə aparan "Hall Siti" klubunun da sahibidir. 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO