BİZİM TƏQVİM: 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

BİZİM TƏQVİM: 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

Hazırda oxunan: BİZİM TƏQVİM: 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

128082

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin bu günündə Bakı şəhərində və ətraf bölgələrində Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törədiblər. 

Soyqırımı nəticəsində on minlərlə azərbaycanlı erməni daşnakları tərəfindən xüsusi qəddarlıqla öldürülüblər. 

Bundan əlavə, Sovetlərin Bakı komissarı Stepan Şaumyanın başçılığı ilə qırğınlar Şamaxı, Quba və Göyçay qəzalarının şəhər və kəndlərində davam etdirilib, Qarabağ, Zəngəzur və Azərbaycanın başqa bölgələrində daha amansız şəkil alıb.

Törədilən bu terror və soyqırım Azərbaycan torpaqlarının etnik təmizlənməsinə, ermənilərin Azərbaycanda siyasi və iqtisadi ağalığının təmin edilməsinə yönəldilmişdi. 

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Bəs, 31 dekabrda dünyada daha hansı hadisələr baş verib?

1.    1889-cu ilin 31 martında Fransa İnqilabının 100 illiyi münasibətilə Eyfel qülləsinin açılışı olub.

2.    1912-ci ilin bu günündə Şimalı İrlandiyada “Titanik” gəmisinin tikintisi sona çatıb. Gəmi elə ilk səyahəti zamanı - 1912-ci il aprelin 14-dən 15-nə keçən gecə Atlantik okeanında aysberqlə toqquşduqdan 2 saat 40 dəqiqə sonra batıb. Göyərtəsindəki 1 317 sərnişin və 908 heyət üzvündən yalnız 712 nəfər xilas ola bilmişdi.
3.    31 mart 1917-ci ildə Amerika Birləşmiş Ştatları Vircin adalarının bir qismini Danimarkadan 25 milyon Amerika dollarına satın alıb.

4.    1966-cı ilin 31 martında Sovet mütəxəssisləri Ayın ilk süni peykini buraxıblar. Kütləsi 240 kiloqram olan peyk elmi-tədqiqat aparatları ilə təchiz edilmişdi. 1966-cı il aprelin 3-də dünyada ilk dəfə “Luna-10” stansiyası Ay ətrafında orbitə çıxıb.

5.    1992-ci ilin bu günü Azərbaycan Futbol Federasiyaları Assosiasiyası təsis olunub. Məhz bundan sonra Azərbaycan futbolu Dünya Futbol Federasiyası FİFA və Avropa Futbol Federasiyası UEFA-ya daxil ola bilib.

31 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1.    Dahi alman bəstəkarı İohann Sebastyan Bax 1685-ci il martın 31-də anadan olub.

2.    Dahi ingilis fiziki, riyaziyyatçısı və astronomu İsaak Nyuton 1727-ci ilin bu günü dünyadan köçüb. Nyutonun ümumdünya cazibə qanunu bütün dünya elmində əsl bir inqilabdır. 

3.    Vyana klassik musiqi məktəbinin banilərindən olan Avstriya bəstəkarı Frans Yozef Haydn 1732-ci ilin bu günü dünyaya gəlib.

4.    31 mart Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri, Xalq Artisti Cabbar Qaryağdıoğlunun doğum günüdür. O, 1861 ci ilin bu günündə dünyaya göz açıb. Seyid Şuşinski, Bülbül, Davud Səfiyarov, Zülfü Adıgözəlov, Xan Şuşinski, Cahan Talışinskaya, Yavər Kələntərli, Mütəllim Mütəllimov kimi görkəmli muğam ustaları məhz Cabbar Qaryağdıoğlunun tələbələri olublar.
5.    1936-cı ilin mart ayının 31-də  tanınmış bəstəkar, Xalq artisti, cazmen, pianoçu Rafiq Babayev anadan olub.  O, 1994-cü il martın 19-da Bakının “20 Yanvar” metrostansiyasında törədilən dəhşətli terror aktı nəticəsində həlak olub.

6.    Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyev 1976-cı ilin bu günündə doğulub. O Azərbaycan ordusunun polkovnik-leytenantı kim 2016-cı ildə Aprel döyüşlərində şəhid olub.

7.    İraq ərəb əsilli Britaniyalı, dekonstruktivist memar. 2004-cü ildə Hədid Pritsker Memarlıq mükafatına layiq görülən ilk qadın-memar  Zaha Hadid 2016-cı ildə 66 yaşında dünyadan köçüb. Bakıdakı Heydər Əliyev Mərkəzinin dizaynı ona məxsusdur. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO