Cəlilabadda çirkab suları küçəyə axır – FOTO 

Cəlilabadda çirkab suları küçəyə axır – FOTO 

Hazırda oxunan: Cəlilabadda çirkab suları küçəyə axır – FOTO 

127468

Cəlilabad şəhərində çirkab suları küçəyə axır.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, sözügedən vəziyyət şəhərin Qurtuluş küçəsində yaşanır.

Sakinlərin sözlərinə görə, artıq bir müddətdir ki, küçədəki kanalizasiya xətləri tutulub:

"Bu səbəbdən də xəttə axan çirkab suları daşaraq küçədə üzüaşağı axır. Küçədə antisanitar vəziyyət yaranıb. Küçə boyu onlarla ticarət obyektləri fəaliyyət göstərir. Küçəyə axan isə həmin obyektlərin çirkab sularıdır".

Məsələ ilə bağlı Cəlilabad Su-kanal Sahəsindən bildirildi ki, sözügedən kanalizasiya xətti yağış suları üçün nəzərdə tutulsa da, artıq istismar müddətini başa vurub:

“Bu səbəbdən şəhərə yeni kanalizasiya xətləri çəkilib. Mövcud problemin aradan qalxması üçün ərazidə fəaliyyət göstərən obyektlərin sahibləri aidiyyəti üzrə müraciət edib, texniki şərt almalıdırlar. Bundan sonra yeni abonentlər şəhərə çəkilmiş kanalizasiya xəttinə qoşulacaqlar.


Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO