Son iki ayda ən çox artım heyvandarlıq sahəsində olub

Son iki ayda ən çox artım heyvandarlıq sahəsində olub

Hazırda oxunan: Son iki ayda ən çox artım heyvandarlıq sahəsində olub

126954

2023-cü ilin yanvar-fevral ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 895,6 milyon manat təşkil edib ki, onun da 849,2 milyon manatı heyvandarlıq, 46,4 milyon manatı bitkiçilik məhsullarının payına düşür.

Bizim.Media xəbər verir ki, məlumatı Dövlət Statistika Komitəsi yayıb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,4 faiz, bitkiçilik məhsulları üzrə 1,9 faiz artıb.

Hazırda ölkənin əksər rayonlarında yazlıq bitkilərin əkininə başlanılıb. Mart ayının 1-nə kimi 54,7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 8,6 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (qarğıdalı daxil olmaqla), 14,7 min hektar sahədə kartof, 11,1 min hektar sahədə tərəvəz, 19,9 min hektar sahədə yemlik bitkilər, 0,3 min hektar sahədə texniki bitkilər, 0,1 min hektar sahədə sair bitkilər əkilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO