Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin yaşadığı evinin həyətində ruhuna dualar oxuduqdan sonra dəfn olunmaq üçün nəşi Qurd Qapısı qəbiristanlığına aparılıb.
Bu barədə informasiyanı mərasimdə iştirak edən Bizim.Media-nın əməkdaşı yayıb.
MÖVZU İLƏ BAĞLI:
Oqtay Əliyevlə vida mərasimi keçirilir - Dəfn yeri dəyişdi
Xatırladaq ki, ötən axşam saat 18:00 radələrində ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev ilə evində vida mərasimi keçirilib.
Bir çox ictimai xadimlər və incəsənət nümayəndələri mərhumla vidalaşmaq üçün onun evinə gəliblər.
![](http://ssl.bizim.media/file/articles/2023/03/23/1679561260_msg586791117-15659-2.jpg)
![](http://ssl.bizim.media/file/articles/2023/03/23/1679561274_msg586791117-15658-2.jpg)
Rəşad Əliyev, Bizim.Media