Lavrov: “Rusiya Ermənistanın əsas tərəfdaşıdır”

Lavrov: “Rusiya Ermənistanın əsas tərəfdaşıdır”

Hazırda oxunan: Lavrov: “Rusiya Ermənistanın əsas tərəfdaşıdır”

126498

“Moskva Ermənistan iqtisadiyyatının aparıcı tərəfdaşı və sərmayədarıdır. İki ölkə arasında ticarət dövriyyəsi keçən il təxminən iki dəfə artıb”. 

Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla görüşündə bildirib. 

"Biz Ermənistanla dostluq münasibətlərini yüksək qiymətləndiririk. Bu yaxınlarda biz Dehlidə beynəlxalq konfrans çərçivəsində görüşdük. Növbəti genişmiqyaslı görüşdə daha ətraflı söhbət etməyə razılaşdıq”, - deyə Lavrov bildirib. 
O xatırladıb ki, Rusiya Ermənistan iqtisadiyyatında aparıcı tərəfdaş və investordur. Ötən il ticarət təxminən iki dəfə artaraq 5 milyard dollara yaxın olub. 

Lavrovun sözlərinə görə, bütün bunlar Ermənistana ÜDM-in rekord artımını, biznes fəallığının artımını təmin etməyə imkan verib: 

“Rusiya şirkətləri Ermənistanın büdcəsinə töhfələr, iş yerlərinin açılması baxımından da liderdir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO