Azərbaycandan Bəhreynə müntəzəm reyslər həyata keçiriləcək

Azərbaycandan Bəhreynə müntəzəm reyslər həyata keçiriləcək

Hazırda oxunan: Azərbaycandan Bəhreynə müntəzəm reyslər həyata keçiriləcək

126138

İyun ayından etibarən Azərbaycanın Milli aviadaşıyıcısı (AZAL) Bəhreynə müntəzəm reyslər həyata keçirəcək. 

AZAL-dan Bizim.Media-ya verilən məlumata görə, aviaşirkətin bu marşrutu üzrə ilk reysi iyunun 1-də olacaq. 

İlkin olaraq, uçuşlar həftədə bir dəfə - cümə axşamı yerinə yetiriləcək. 

İyul ayından etibarən isə daha bir tezlik, bazar günləri əlavə olunacaq. Bəhreyn ağ çimərlikləri, tarixi və bir çox turistik yerləri ilə tanınan, Fars körfəzində yerləşən ada ölkəsidir. 

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış ola bilərsiniz. 

Biletləri, həmçinin, AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO