Prezident: “Əzəli torpaqlarımızda yeni həyat yazın Odlar diyarına gəlişinə xüsusi ab-hava qatır”

Prezident: “Əzəli torpaqlarımızda yeni həyat yazın Odlar diyarına gəlişinə xüsusi ab-hava qatır”

Hazırda oxunan: Prezident: “Əzəli torpaqlarımızda yeni həyat yazın Odlar diyarına gəlişinə xüsusi ab-hava qatır”

126135

“Xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda gerçəkləşdirilən irimiqyaslı layihələr, geniş vüsət alan quruculuq işləri və əhalimizin doğma yurdlara qayıdışı ilə yenidən canlanan həyat yaz fəslinin Odlar diyarına builki gəlişinə xüsusi ab-hava qatır və rəmzi məna qazandırır”. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyilir. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını TƏBRİK ETDİ 


Dövlətimizin başçısı ölkəmizin hüdudlarından uzaqlarda yaşayan, qəlbi vətən sevgisi ilə döyünən və baharı bizimlə birgə qarşılayan soydaşlarımıza bayram salamlarını yetirib, bu əlamətdar bayramın hər evə, hər ocağa yeni sevinc, bol ruzi-bərəkət və firavanlıq gətirməsini arzulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO