“Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti zonasında güclü antiterror əməliyyatı keçirməkdən başqa çarəmiz yoxdur”.
Bizim.Media xəbər verir ki, bu fikriləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında yazıb.
Keçmiş nazir ilk növbədə 44 günlük Vətən müharibəsindən sonra Vladimir Putin, Emmanuel Makron, Olaf Şolts kimi siyasətçilərin, eləcə də bir sıra ölkələrin parlamentarilərinin bəyanatalarındakı oxşar kontrlara diqqət çəkib:
“Bu bəyanatlar göstərir ki:
- Onlar Azərbaycanın Ermənistanın 28 il ərzində həyata keçirdiyi silahlı təcavüzün və azərbaycanlı əhaliyə qarşı total etnik təmizləmənin nəticələrinin tam və qəti şəkildə aradan qaldırılmasına yaxınlaşmasından narazıdırlar;
- "Münaqişələrin idarə edilməsi sistemi"nin region ölkələrinə siyasi təsir aləti olmaqdan çıxması onları qane etmir;
- Xarici oyunçuların və münaqişə qarşıdurmasını davam etdirmək istəyən Ermənistanın hakim elitasının məqsədlərinin üst-üstə düşməsi İrəvanın mövqeyinə dəstəyi şərtləndirir;
- Ermənistan elitasının regionda qüvvələrin kritik balanssızlığı səbəbindən əldə edilməsi mümkün olmayan məqsədlər naminə Ermənistan əhalisini və Qarabağ ermənilərini qəsdən yeni qurbanlara və itkilərə hazırlaması təəccüblüdür”.
Tofiq Zülfüqarov mümkün antiterror əməliyyatlarının da anonsunu verib:
“Mövcud vəziyyət və Azərbaycan ərazisinin silahlı müqavimət gücünü saxlamaq cəhdləri ilə əlaqədar olaraq, sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazidə güclü antiterror əməliyyatı keçirib, qalan əraziləri də işğaldan azad etməkdən başqa çarəmiz yoxdur. Biz şərait yaratmalıyıq ki, yerli erməni əhalisini terror məqsədilə istifadə edən, reinteqrasiya prosesinə mane olan radikalların təzyiqlərini aradan qaldıraq.
Sanksiya və ya qətnamə ilə hədələr ölkə Konstitusiyasına uyğun olaraq suverenliyin və ərazi bütövlüyünün bərpası siyasətimizin həyata keçirilməsində bizə maneə ola bilməz.
Onlar nə edə bilərlər? Rusiya - heç nə. Yaxud Fransa və Avropa İttifaqı Sent-Tropez və Baden-Badendən olan onlarla təqaüdçü jandarmı ilə nəyəsə nail olacaq? Ya da Avropa Parlamentində yarana biləcək isterika prosesə necə təsir edə bilər? Onları da yola salın "Rus gəmisinin" ardınca...”
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 17.03.2023
Tofiq Zülfüqarovdan antiterror əməliyyatlarının ANONSU: “Heç kim bizə mane ola bilməz”
Hazırda oxunan: Tofiq Zülfüqarovdan antiterror əməliyyatlarının ANONSU: “Heç kim bizə mane ola bilməz”
Hazırda oxunan: Tofiq Zülfüqarovdan antiterror əməliyyatlarının ANONSU: “Heç kim bizə mane ola bilməz”
125907
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.