4 rayonda yeni kadastr məlumat bazası YARADILDI - RƏSMİ

4 rayonda yeni kadastr məlumat bazası YARADILDI - RƏSMİ

Hazırda oxunan: 4 rayonda yeni kadastr məlumat bazası YARADILDI - RƏSMİ

125663

Əmlak Məsələləri Dövlət Xidməti Ucarda zona müşavirəsi keçirilib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, müşavirədə Ucar, Göyçay, Zərdab və Kürdəmir rayonlarının yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, bələdiyyə nümayəndələri iştirak ediblər.

Eyni zamanda Ucar, Göyçay, Zərdab və Kürdəmir rayonları üzrə 303 564 hektar ərazidə yerləşən torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb.

Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov vurğulayıb ki, dövlət başçısı tərəfindən təsdiq edilən inkişaf strategiyalarında müəyyən edilmiş hədəflərə nail olunmasında ölkənin potensial imkanlarının əsas elementi kimi qiymətləndirilən torpaq ehtiyatlarının səmərəli idarəetməsinin təşkili və torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Müşavirədə torpaqların və dövlət əmlakının idarə edilməsi, istifadəsi və onların mühafizəsinə nəzarət olunması, dövlət əmlakının və torpaq sahələrinin icarəyə cəlb edilməsi, bələdiyyə torpaqlarının fiziki və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı rəyvermə işləri, elektron baza xəritələrinin işlənməsi barədə məlumatlar verilib.
2022-ci ildə regionu əhatə edən rayonlarda Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər, rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, dövlət və bələdiyyə mülkiyyətində olan hüquqi və fiziki şəxslərə icarəyə verilmiş torpaqların sənədləşdirilməsində və istifadəçiliyində torpaq qanunvericiliyinin tələbləri pozulur. 

Monitorinqlər nəticəsində 2022-ci il ərzində adıçəkilən rayonlarda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq qanunvericiliyinin pozulması ilə bağlı 135 hal aşkar edilərək sənədləşdirilib. 

Bu dövrdə rayonlarda torpaq qanunvericiliyi sahəsində yol verdikləri pozuntu hallarına dair müvafiq torpaq istifadəçiləri ilə bağlı 57 inzibati protokol tərtib edilib, 26 330 manat məbləğində cərimə tətbiq olunub. 

Həmin hallarla bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə yerli icra hakimiyyətlərinə, müvafiq orqanlara müraciətlər edilib.



Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO